İçindəki
Biz sizi Bakı cazmenlərinin və caz sevərlərinin arxiv materialları ilə tanış olmağa dəvət edirik. Bu – tarixdir. Hər şəkil, hətta yaxın dövrlərdə çəkilibsə belə - artıq tarixdir. Köhnə şəkillər azdır. Hələlik azdır, çünki onları tapmaq çətindir. Çətindir o mənada ki, biz bir vərdiş olaraq bəzən bizə az maraqlı olan şəkillərin başqalarına maraqlı ola biləcəyi haqqında fikirləşmirik. Beləliklə, biz bu səhifəni açarkən kimdəsə bizim caz və onun tarixi ilə bağlı arxiv materiallarını gördüyünü yada salan bütün kəslərə müraciət edirik. Siz bizə ancaq xəbər verin – və biz sizə həddindən artıq minnətdar olarıq. Axı caz bizim tarıxımızdir. Bizim mədəniyyətimizin tarıxıdır. Gəlin onu zərrə-zərrə toplayaq və bərpa edək. Birlikdə.

Saytın naviqasiyası











